Qaynar xətt:

(+99450) 247 90 86

Ağdaşda iki azyaşlı qız intihar etdi - Cinayət işi açıldı

Ağdaşda iki azyaşlı qız intihar etdi - Cinayət işi açıldı

KRİMİNAL

899

06.09.2021, 19:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

18:20

Ağdaş rayonunda iki azyaşlı qızın su kanalında boğularaq ölməsi ilə bağlı cinayət işi başlanıb.

Trend-in əldə etdiyi məlumata görə, faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Hazırda hadisə il bağlı istintaq araşdırmaları davam etdirilir.

Xatırladaq ki, bu gün günorta saatlarında Ağdaş rayon sakinləri, 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının meyitləri rayon ərazisindəki suvarma kanalından tapılıb.

Azyaşlıların intihar etməsi ehtimal olunur.

-------
16:48

Ağdaşda iki iki azyaşlı kanalda batıb.

OXU24.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə 06.09.2021-ci il tarixində Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində A.Niftəliyeva və Ə.Usubovanın meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.