“Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
10 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1536
03.09.2021, 21:32
Xaçmazda ötən ilin avqustun 2-də arvadı Raisa Rəşidovanı xəyanət etdiyini iddia edərək onu döyüb öldürən Rəşad Rəşidova hökm oxunub.
OXU24.COM Kriminalqafqaz.az-a istinadən xəbər verir ki, hadisə Köhnə-Xudat kəndində fərdi yaşayış evində baş verib.
İttihama görə, 2019-cu ildə Rəşadın sinif yoldaşı Rasim ona deyib ki, arvadı Raisanın başqa kişilərlə münasibəti var. Bundan sonra Rəşad arvadını izləməyə başlayıb.
Bir neçə gün sonra R.Rəşidov evdə arvadının başqa kişi ilə telefonda danışdığını görüb. Ondan kiminlə danışdığını soruşduqda, Raisa açıq şəkildə başqa kişi ilə danışdığını bildirib. Raisanın bu hərəkətlərindən qəzəblənən əri onu döyüb. Həyat yoldaşının polisə şikayətindən sonra Rəşad 20 gün inzibati qaydada həbs edilib. Həbsdən çıxdıqdan arvadının əvvəlki hərəkətlərinə davam etdiyini görüb.
İttihamda qeyd edilir ki, hətta bir gecə Raisa ümumiyyətlə evə gəlməyib. Daha sonra isə əri onu yaşadığı evin qarşısında yad kişinin idarə etdiyi avtomobildən düşərkən görüb.
Məhkəmədə dindirilən Rəşad Rəşidov hadisəni törətdiyi gün içkili olduğunu bildirib: "Raisa demək olar ki, hər gün axşam qonşu kənddən olan A-nın avtomobili ilə evə gəlirdi. Artıq qonşular arasında biabır olmuşdum, kənddə hamı məni lağa qoyurdu, küçədə mənə söz atırdılar. Bütün bunlardan bezib Raisanı öldürmək qərarına gəldim. Avqustun 2-də Raisanın işdən gəlməsini gözlədim. Həmin vaxt evdə 250 qram araq içmişdim. Saat 7-də Raisa işdən qayıtdı.
Evə girəndən sonra mətbəxdə onun sifətinə şillə vurub yerə yıxdım, sonra da ayağımla onu təpikləməyə başladım. Səs-küyə uşaqlar gəldi. Oğlum məni tutaraq anasını qorumağa çalışdı. Mən də oğlumun boğazından tutub kənara itələdim.
Bundan sonra uşaqlar qorxub çölə çıxdılar. Hirsim soyumadığı üçün mətbəxdəki masanı çevirib birdəfəlik ölməsi üçün Raisanın üstünə atdım. Onun hərəkətsiz qalıb tərpənmədiyini gördükdə öldüyünü düşündüm və daha onu vurmadım. Səs-küyə qonşular gəldi, bir qədər sonra Raisanın valideynləri gəldilər. Bu vaxt Raisanın anası İradə ilə dalaşdıq. Onlara Raisanın mənə xəyanət etdiyini neçə dəfə demişdim. Lakin onlar buna əhəmiyyət vermirdilər. Anasının yanında təpiklə Raisanın qabırğalarına vurdum”.
Məhkəmədə şahid qismində dindirilən Rəşad Rəşidovun oğlu Ramil (şərti) atasının əvvəlcə anasını evdən qovduğunu, amma anasının evdən çıxmaq istədiyi vaxt onu döydüyünü bildirib: "Anam getmək istəyəndə atam onun saçından tutaraq yerə yıxdı. Yumruq və təpiklə döyməyə başladı. Atama mane olmaq istəyəndə, o məni də yerə yıxdı. Tez qaçıb qonşunu köməyə çağırdım. Sonra da babama zəng etdim . Qonşular gəlib atamı evdən çölə çıxardılar”.
Qeyd edək ki, Raisa Rəşidova aldığı xəsarətlərdən avqustun 8-də Xaçmaz xəstəxanasında vəfat edib.
Məhkəmənin hökmü ilə Rəşad Rəşidov 17 il müddətinə azadlıqdan məhrum edilib.
01:50 / 11 Noyabr 2026
65
01:00 / 11 Noyabr 2026
101
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.