Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Elman Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E. Hüseynov 12 il müddətinə azadlıqdan məhrum edilib.
E. Hüseynov təqsirləndirilir ondan ötrü ki, aşkar sürətdə təkrarən qonşusu, 13 yaşlı Zərifə Mehdiyevanın ( ad-soyad şərtidir) köməksiz vəziyyətindən istifadə edərək, seksual xarakterli hərəkətlər edib.
O, 27 dekabr 2017-ci ildə Maştağa qəsəbəsində Z. Mehdiyevanın yaşadığı evə gələrək, seksual xarakterli fikirlərə təhrik edib və maraq oyadıb. Qızı razı saldıqdan sonra onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bu fakt dəfələrlə təkrarlanıb.
Z. Mehdiyevanı dəfələrlə qeyri-təbii yolla zorlayan E. Hüseynov şikayət əsasında həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 150 (Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi açılıb.
Oxu24.com
ŞƏRHLƏR