“Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
10 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
12762
28.08.2021, 11:54
Bakıda xüsusi amansızlıqla öldürülərək yandırılan cinsi azlıq nümayəndəsinin kimliyi məlum olub.
Oxu24.com xəbər verir ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, avqustun 22-si saat 21 radələrində rayonun Puta qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan naməlum insan meyitinin aşkar edilməsi barədə Qaradağ rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində kəsici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər aşkar edilib.
Aparılmış ilkin araşdırmalarla öldürülən şəxsin 27 yaşlı Nuriyev Əhəd İsmayıl oğlu olduğu müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin avqustun 18-də səhər saat 5 radələrində 36 yaşlı Mirşahid Mehdiyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsi müəyyən edilib.
Mirşahid Mehdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən axşam bir qrup cinsi azlıq nümayəndəsi adıçəkilən şəxsin qətlinə etiraz olaraq İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) ofisinin qarşısında toplaşıb. Onlar Ombudsman Səbinə Əliyeva ilə görüşmək istədiklərini bildiriblər.
Oxu24.com xəbər verir ki, qətlə yetirilən cinsi azlıq bir müddət öncə sosial şəbəkələrdə "toy videosu" yayılan Nuray ləqəbli transseksual imiş.Sözügedən videonu təqdim edirik
01:50 / 11 Noyabr 2026
146
01:00 / 11 Noyabr 2026
131
00:31 / 11 Noyabr 2026
156
23:59 / 10 Noyabr 2026
168
23:57 / 10 Noyabr 2026
188
23:55 / 10 Noyabr 2026
508
23:53 / 10 Noyabr 2026
211
23:47 / 10 Noyabr 2026
1296
23:43 / 10 Noyabr 2026
179
23:39 / 10 Noyabr 2026
184
23:28 / 10 Noyabr 2026
381
23:27 / 10 Noyabr 2026
783
23:17 / 10 Noyabr 2026
1304
23:15 / 10 Noyabr 2026
190
23:00 / 10 Noyabr 2026
152
22:58 / 10 Noyabr 2026
185
22:55 / 10 Noyabr 2026
170
22:35 / 10 Noyabr 2026
151
22:30 / 10 Noyabr 2026
423
22:27 / 10 Noyabr 2026
134
22:19 / 10 Noyabr 2026
166
22:04 / 10 Noyabr 2026
247
21:55 / 10 Noyabr 2026
774
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.