Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
576
az

Azərbaycanda qohumlar arasında kütləvi dava: Ölən və yaralananlar var

14:3713 Aprel, 2018
1490
KRİMİNAL
  • A
 Yardımlı rayonunda qohumlar arasında kütləvi dava baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Bürzümbül kəndində yaşanıb.


Qohum ailələr olan Rəciyevlər və Haxıəliyevlər arasında mübahisə yaranıb. Torpaq ərazisinin müəyyən edilməsi səbəbindən yaranan mübahisə daha sonra davaya çevrilib. İlkin məlumata əsasən, dava zamanı 55 yaşlı Bürzümbül kənd sakini Bəyzadə Rəciyev müxtəlif dərəcəli bədən xəsarətləri aldığından dünyasını dəyişib.

Davada iştirak edən digər şəxslər — 55 yaşlı Nuru Haxıəliyev, 25 yaşlı Şirxan Haxıəliyev, 25 yaşlı Elmin Rəcil və 19 yaşlı Əvəz Rəcili müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yardımlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Bəyzadə Rəciyevin ölümündə şübhəli bilinən Şirxan Haxıəliyev polis tərəfindən saxlanılıb.

Digər yaralıların müalicəsi davam etdirilir. Baş vermiş hadisə ilə bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda istintaq davam etdirilir. (Sputnik)



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı