Bakıda 34 nəfərin yaralandığı və 1 nəfərin öldüyü ağır qəzanın baş vermə anı kameraya tuş gəlib.
Qəza Bakının Binə qəsəbəsində olub. 160 nömrəli avtobusun yük qatarına çırpılıb. Nəticədə hadisə yerində 1 nəfər 13 yaşlı uşaq ölüb.
Baş verən qəza nəticəsində yaralananların 12-si hazırda 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinn rəhbəri Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, yaralıların 5-i reanimasiyaya, 5-i isə palataya yerləşdirilib. Xəstələrin 2-si isə uşaq şöbəsindədir.
1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) isə 6 nəfər yerləşdirilib. Onlardan 4-ü reanimasiyadadır. Onlardan birinin vəziyyəti ağırdır.
Oxu24.com
ŞƏRHLƏR