Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5650
az

At ətini camaata yedirtmək istəyən şəxs tutuldu - BAKIDA

13:5729 Sentyabr, 2018
1061
KRİMİNAL
  • A
 
26 sentyabr 2018-ci il tarixində saat 08:00 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olmuş məlumat əsasında BDYPİ YPXA-nın Qaradağ rayonu ərazisində yerləşən postunda 28.11.1969-cu il təvəllüdlü Biləsuvar rayon Xirmandalı kənd sakini Əli İxtiyar oğlu Quliyevin idarə etdiyi “Mercedes Benz” markalı 10-DA-091 dövlət qeydiyyat nişanlı avtomobilə Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə baxış keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Oxu24.com-a verilən xəbərə görə, baxış zamanı avtomobilin arxa yük saxlanc yerində təxmini çəkisi 400 kq-a yaxın yük kisələrində antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, orqanoleptik cəhətdən normativlərə cavab verməyən, rəngi qaralmış, kəskin qoxusu olan, üzərində yapışqan selik əmələ gəlmiş sümüksüz ət aşkar olunaraq aidiyyəti tədbirlərin həyata keçirilməsi üçün götürülüb.

Qeyd olunub ki, aşkar edilən ətdən baytarlıq qanunvericiliyinə uyğun olaraq müvafiq nümunələr götürülərək müayinə məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyasına təqdim edilib. Tədqiq (sınaq) nümunələrinin nəticələrinə əsasən müsadirə edilən ətin at əti olması məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi