Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5592
az

Uşağını da götürüb evdən qaçan gəlin tapıldı: - Anasının sevgilisinin evindən

18:5127 Sentyabr, 2018
930
KRİMİNAL
  • A
Zərdabda 3 aylıq körpəsini də götürüb ər evindən qaçan 19 yaşlı Hacıyeva Aynaz Elşən qızı tapılıb.

Oxu24.com BiG.AZ-a istinadən xəbər verir ki, bu haqda Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni Axtarıram” verilişində yoxa çıxan gəlinin qayınanası Şəmsiyyə məlumat verib. O bildirib ki, oğlu hərbi xidmətdədir:

“Ona 5 günlük icazə veriblər ki, get övladını tap. O, Salyana Aynazın anasının yanına gedib. Qızın anası bir oğlanla birgə yaşayır, özü də qeyri-rəsmi. Oğlum o evə gedəndə görüb ki, gəlinlə uşaq da oradadır. Qızın anası Leyla deyib ki, qızıma yaxın durma. Oğlum da bildirib ki, uşaq mənimdir. Mən ondan ötrü 5 günlük icazə almışam. Mən vətən qoruyuram. Qaçmamışam. Övladım üçün icazə almışam. Gəlinimin evdən qaçmasında günahkar anası Leyladır. Mən gəlinim Aynaza canımı da verərəm”.

Qeyd edək ki, Aynaz Hacıyevanın həyat yoldaşı hərbi xidmətdədir. 2000-ci il təvəllüdlü Aynaz Hacıyeva sentyabrın 20-də səhər saat 4-5 radələrində üç aylıq qızını da götürərək evdən qaçmışdı. A.Hacıyeva ötən ilin sentyabr ayında Xaçmaz rayonundan Zərdaba gəlin köçüb.   Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ