Bakıda yerləşən məktəblərin birində olay yaşanıb.
Oxucuların oxu24.com saytına göndərdiyi videoda iddia olunur ki, Məştağa qəsəbəsi,Gülçülük savxozu,Daş karxanası deyilən ərazidə yerləşən 22 nömrəli orta məktəbdə Azər adlı direktor tərəfindən gənc qadına əxlaqsız təklif edilib.Direktor valideynə,"Paltarını dəyiş,gedək,bulvara,orada söhbət edək", deyərək əxlaqsız təklif edib. Bundan qəzəblənən valideyn etiraz etdikdə,direktor arxasında təhsil nazirinin dayandığını və ona heç nə edə bilməyəcəyini deyib.Bundan sonra valideynlər məktəbin qarşısına toplaşıb.Bundan qorxan direktor uşaqları məktəbə salıb və qapıları bağlayıb.
Xatırladaq ki, direktorun adı bir müddət öncə də qalmaqalla gündəmə gəlmişdi.O vaxt direktor 22 nömrəli tam orta məktəbin direktoru Azər Ələkbərovun şagirdi köynəyinin üzərindən jilet geymədiyi üçün döydüyü bildirilib.
Oxu24.com ərazidən videonu təqdim edir:
Aynur Kazımlı
Oxu24.com Oxu24.com
ŞƏRHLƏR