Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
548
az

Azərbaycanda məmur oğlu bədbəxt hadisə nəticəsində öldü

00:3513 Aprel, 2018
1450
KRİMİNAL
  • A
 Oğuzda vəzifəli şəxsin oğlu bədbəxt hadisə nəticəsində ölüb.
 
Oxu24.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yaqublu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Bəxtiyar oğlu İsmayılov yüksəklikdən yıxılaraq aldığı kəllə-beyin travması ilə xəstəxanaya aparılıb. Müayinə zamanı C. İsmayılovun öldüyü məlum olub. Onun başından aldığı xəsarətdən dünyasını dəyişdiyi ehtimal olunur.
 
Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümüm dəqiq səbəbləri məlum olacaq.
 
Faktla bağlı Oğuz rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
Qeyd edək ki, C. İsmayılov Oğuz rayon İcra Hakimiyyəti başçısının Yaqublu kəndi üzrə ərazi-icra nümayəndəsi Bəxtiyar İsmayılovun oğludur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı