Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5471
az

Fədayə Laçın məhkəmədə mahnı oxudu - ŞOK

11:0124 Sentyabr, 2018
1181
KRİMİNAL
  • A
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən proses başlamazdan əvvəl F. Laçın dəmir barmaqlıqlar arasında mahnı ifa edib.

O, şair Zeynal Xəlilin müəllifi olduğu “Kimlər gəldi, kimlər getdi bu dünyadan” mahnısını ifa edib.

Sonra hakim zala daxil olub və proses başlayıb.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 15 yaşlı qız intihar etdi
Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR