Qaynar xətt:

(+99450) 247 90 86

Ana 8 yaşlı qızını oğlanlarla oynadığı üçün döydü - BAKIDA ŞOK

Ana 8 yaşlı qızını oğlanlarla oynadığı üçün döydü - BAKIDA ŞOK

KRİMİNAL

1032

22.09.2018, 13:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Bakıda ana 8 yaşlı qızını oğlanlarla oynadığı üçün döyüb.
Oxu24.com  xəbər verir ki, bu barədə \"Təmiz Dünya\" qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, qadın iki azyaşlı qızı ilə sığınacaqda məskunlaşıb. O, qızını sığınacağın digər sakinləri - 4-5-6 yaşlı oğlan uşaqları ilə oynadığına görə möhkən döyərək cəzalandırıb.
Zeynalova deyir ki, qadına xəbərdarlıq edilib ki, bu hal bir də təkrarlanarsa, polisə müraciət ediləcək: \"Hər gün, hər saniyə qadın-kişi bərabərliyi arasında yaranmış çatların dərinləşdiyini hiss edirəm. Qorxuludur... Yaxşı ki, qanunlar var. Sığınacaqda bir qadın bu günlərdə qızını möhkəm döydü. Əgər bu, bir də təkrarlanarsa, ondan şikayət verəcəyimizi dedik. Uşaq olduqca ağıllı və dərrakələdir. Təhsildə çox bacarıqlıdr. Ana isə bütün günü bu qızı kiçik bacısına dəyə kimi baxmağa məcbur edir\".