Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5422
az

Azərbaycanda ölünü məhkəməyə çağırdılar, həyat yoldaşının ürəyi getdi

12:0422 Sentyabr, 2018
1906
KRİMİNAL
  • A
 Xəzər rayon Məhkəməsi 4 il bundan əvvəl dünyasını dəyişmiş Əmirov Əhmədağa Əmirhüseyn oğlunu (20.09.1935 -02.07.2014) məhkəməyə çağırıb.

BAKU.WS-ə bu barədə mərhumun oğlu Vüqar Əmirovun məlumat verib.

Onun sözlərinə görə, özünü Yaqub kimi təqdim edən məhkəmə icraçısı anasına zəng vuraraq tələb edib ki, həyat yoldaşını məhkəməyə gəlsin:

"Anama deyib ki, ərinizin borcu var, gəlib ödəsin. Hansıki, o borc atam yataqdaykən ödənilib. Məhkəmənin qərarı ilə pensiyasından tutulub. Mən anlaya bilmirəm, ödənilməsəydi belə, bu dörd ildə hardaydılar ki, indi zəng vururlar? Anam şəkər xəstəsidir, o zəngdən sonsa halı pisləşib.

Atam həmin o sözügedən məbləği iş yoldaşı Hacı Tofiq Zeynalov adlı şəxsdən borc almışdı. Atam qəfildən insult keçirdi və 6 il yataq xəstəsi oldu. Müalicəsinin pulunu çatdıra bilmədiyimizdən borcu ödəyə bilmirdik.

Həmin o Hacı Tofiq atamın vəziyyətini görsə də, borcunu geri istədi. Qaytara bilmədiyimizi görüb, məhkəməyə verdi. Xəzər rayon Məhkəməsinin çıxardığı hökmə əsasən həmin 300 manat atamın təqaüdündən tutulub Hacı Tofiqə verildi. İndi icra məmuru zəng edib deyir ki, o iş bizdə açıq qalıb. Axı bu necə ola bilər?"

Qeyd edək ki, mərhum Əmirov Əhmədağa Əmirhüseyn oğlu (20.09.1935 -02.07.2014) Türkan qəsəbə nümayəndəliyində 22 baş mühasib, 23 il Türkanda yerləşən 56 saylı Poçtun rəisi vəzifələrində çalışıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Goranboyda 57 yaşlı kişi özünü asdı
88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı