Qaynar xətt:

(+99450) 247 90 86

Qubada ailəli qadın intihar etdi, cibindən məktub tapıldı

Qubada ailəli qadın intihar etdi, cibindən məktub tapıldı

KRİMİNAL

2162

08.05.2021, 19:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubada intihar hadisəsi baş verib. 

Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Vladimirovka kəndində qeydə alınıb.

Rayonun Qəcər-zeyid kəndində qeydiyyatda olan, Vladimirovka kəndində yaşayan 1974-cü il təvəllüdlü Xatirə Xasbala qızı Nurullayeva bu gün 13:30 radələrində yaşadığı evin birinci mərtəbəsində asaraq özünü öldürüb.

Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin və prokurorluğunun əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçiriblər. Mərhumun cibindən əlyazması olan məktub tapılıb. Mərhumun psixoloji problemi olduğu, bir neçə gün əvvəl də kimyəvi məhlul içərək özünə qəsd etmək istədiyi bildirilir.

Qeyd edək ki, mərhum ailəli olub.

Faktla bağlı araşdırma aparılır.