Qaynar xətt:

(+99450) 247 90 86

Fədayə Laçın həbsxana həyatından danışdı: "Kökəlmişəm"

2018-09/1536757300_fedaye.jpg

KRİMİNAL

1447

12.09.2018, 17:00

\"\" Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən Fədayə Laçın Bakı İstintaq Təcridxanasındakı həyat tərzindən danışıb.
Oxu24.COM Oxu.Az-a istinadən xəbər verir ki, o, bu gün keçirilən məhkəmə iclasına gətirilib. Proses başlamazdan əvvəl müğənni həbsdəki vəziyyətinə toxunub. O, azadlıqdakı durumu ilə müqayisədə həbsdə olarkən artıq çəki aldığını deyib: \"Orada bütün günü yemək yeyirəm, oturaq həyat tərzi sürürəm. Ona görə kökəlmişəm. Mənə evdən də yemək göndərirlər”. O, saxlanma şəraitindən narazılıq etməyib.