Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə meyiti tapılan qızla bağlı ŞOK! “Sərdar qızın meyitini anası ilə birlikdə “skoç”layıb”

Gəncədə meyiti tapılan qızla bağlı ŞOK! “Sərdar qızın meyitini anası ilə birlikdə “skoç”layıb”

KRİMİNAL

2474

31.03.2021, 16:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə bir ay itkin kimi axtarışda olduqdan sonra meyiti tapılan 19 yaşlı Pərvin Musayevanın yaxınları bəzi məsələlərə aydınlıq gətiriblər.

OXU24.COM  xəbər verir ki, ailə üzvlərindən biri, adının açıqlanmasını istəməyən şəxs "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Pərvinlə eyni universitetdə təhsil alan, onun qətlində təqsirləndirilən 20 yaşlı Sərdar Cəfərovla Pərvinin münasibətləri qətldən öncə yox, hadisədən təxminən 1 il əvvəl pisləşib: "Pərvinin qrup yoldaşlarının dediyinə görə, Sərdar Pərvinə barışıq üçün dəfələrlə təkidlər edibmiş.

Fevralın 19-da Sərdarın təkidi ilə onlar sonuncu dəfə görüşüb. Görüş yerinə tək, ictimai nəqliyyatdan istifadə edərək gələn Pərvin bir müddət açıq havada onunla söhbət edib. Sonra Sərdarın "görən olar" deyərək söhbəti maşında davam etdirmələri üçün Pərvini təkidlə maşına əyləşdirdiyi deyilir.

Maşında söhbət edərkən Pərvin ona ayrılmaq istədiyini və ondan əl çəkməsi üçün oğlana yalan deyərək başqa birini sevdiyini deyib.

Sərdar isə Pərvini boğaraq öldürüb. Bundan sonra Sərdar Pərvinin meyitini maşınında saxlayaraq anası ilə yaşadığı evə gedib. Onun maşını tələsik şəkildə yaşadığı evə sürməsi və marketdən "skoç” alması onun yaşadığı ərazidə olan təklükəsizlik kameralarına düşüb”.

İddiaya görə, Sərdar meyiti yaşadığı evdə anası ilə birlikdə "skoç”la bağlayıb: "İzi itirmək üçün meyiti böyük qutuya qoyub, o formada bir neçə saat evdə saxlayıb. Gecə saatlarında meyiti elə qutuda yaşadığı evin yaxınlığındakı zibil qutusuna atıb. Üstünə isə əlavə zibillər qoyub. Bunlar da kameraya düşüb. Zibil maşını səhər saatlarında qutuları boşaldaraq "Avtozavod" qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə aparıb. Buna görə də Pərvinin meyitinin tapılması çətinləşib, bir aya qədər uzanıb”.

Qeyd edək ki, Pərvinlə Sərdar tələbə olublar. Hər iki tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. S. Cəfərov Mühdəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası, Pərvin Musayeva isə Aqronomluq fakültəsinin Subioehtiyatları və Akvabitkilər ixtisası üzrə ikinci kurs tələbələri olublar. Onlar ali məktəbə hazırlaşmaq üçün eyni hazırlıq kursuna gediblər.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Putin düşmənlərinə mesaj verdi

23:18 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Putin düşmənlərinə mesaj verdi

101

0
Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

23:12 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

97

0
Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

23:03 / 12 Noyabr 2026

TİBB TİBB

Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

100

0
Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

23:02 / 12 Noyabr 2026

MARAQLI MARAQLI

Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

200

0
Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

22:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

98

0
Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

22:55 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

112

0
 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

135

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

108

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

175

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

111

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

124

0
Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

21:55 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

112

0