Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQIQƏ! Bakıda polislə atışma: Yaralılar var

SON DƏQIQƏ! Bakıda polislə atışma: Yaralılar var

KRİMİNAL

5063

30.03.2021, 14:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Oxu24.com-un xəbərinə görə, məlumatda deyilir: 2021-ci il mart ayının 29-da saat 23:40 radələrində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə ağır cinayətlərə görə məhkum olunmuş Vüsal Səmədov idarə etdiyi “Saipa” markalı avtomobillə paytaxtın Yasamal rayonu ərazisində saxlanılarkən hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərməklə idarə etdiyi nəqliyyat vasitəsini polis əməkdaşlarının xidməti istifadəsində olan iki avtomobilə vuraraq, hadisə yerindən qaçmağa cəhd göstərib.
Polis əməkdaşları tərəfindən qanunsuz əməllərin qarşısını almaq məqsədi ilə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Vüsal Səmədovun hakimiyyət nümayəndələrinə itaətsizlik göstərməsinə davam etməsi səbəbindən, polis əməkdaşları xidməti silahdan havaya xəbərdarlıq atəşi açdıqdan sonra həmin avtomobilin təkərinə və arxa qapısına atəş açaraq avtomobilin dayandırılmasına nail olublar. Sürücü Vüsal Səmədov və sərnişinlər - əvvəllər dəfələrlə məhkum olunmuş Abid İsmayılov və Əmrah Əhmədov saxlanılıblar. Avtomobilə keçirilən baxış zamanı satış məqsədi ilə saxlanılan narkotik vasitə hesab edilən 26 bükümdə heroin və metamfetomin aşkar olunaraq götürülüb. Hadisə nəticəsində polis əməkdaşlarının xidməti avtomobillərinə ciddi ziyan dəyib, şübhəli şəxs qismində saxlanılan Əmrah Əhmədov güllə yarası alaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3 (külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb. "İş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmaqla, istintaqın aparılması prokurorluq orqanlarına həvalə edilib", - məlumatda bildirilib.
BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?

23:19 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?

107

0
Putin düşmənlərinə mesaj verdi

23:18 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Putin düşmənlərinə mesaj verdi

107

0
Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

23:12 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

103

0
Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

23:03 / 12 Noyabr 2026

TİBB TİBB

Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

108

0
Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

23:02 / 12 Noyabr 2026

MARAQLI MARAQLI

Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

208

0
Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

22:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

102

0
Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

22:55 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

117

0
 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

143

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

113

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

181

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

115

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

128

0