Qaynar xətt:

(+99450) 247 90 86

Şəkidə iki nəfəri it, bir nəfəri siçovul dişlədi

2018-04/1523460248_xeste.jpg

KRİMİNAL

1257

11.04.2018, 19:24

\"\" Şəkidə iki nəfəri it, bir nəfəri isə siçovul dişləyib.
Oxu24.com-un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün rayonun Baş Zəyzit kənd sakini, 1967-ci il təvəllüdlü Muxtar Əhməd oğlu İsgəndərov, Şəki şəhər sakini, 1995-ci il təvəllüdlü Kəmalə Asim qızı Yusifova it dişləməsi,  Şəki şəhər sakini, 2008-ci il təvəllüdlü İbrahim Fizuli oğlu İsakov isə siçovul dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.   MRX-dan bildirilib ki, hər üç şəxsə tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulduqdan sonra evə buraxılıblar.