Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlı aktyor ürəyindən bıçaqlandı - FOTO

2018-09/1536405816_bicaq.jpg

KRİMİNAL

1062

08.09.2018, 15:24

\"\" Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu24.com Report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Cürəli kəndində qeydə alınıb. Məlumata görə, həmin kənddə keçirilən toy mərasimində 1975-ci il təvəllüdlü Mahir Mirişli ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, Mahir Mirişli aktyordur və Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır. O, qohumlarından birinin toy mərasimində iştirak edirmiş. Faktla bağlı araşdırma aparılır.\"\" Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.