Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstana yarışa gedən idmançımız qəzada öldü

2018-09/1536350936_gur.jpeg

KRİMİNAL

1214

08.09.2018, 00:08

\"\" Tbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanan sambo üzrə yığma komandanın üzvü  Kərimov Yusif Arif oğlunu (52 kq) maşın vurub.
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüldlü idmançımız zərbənin təsirindən hadisə yerində dünyasını dəyişib. Avtomobil Yusif Kərimovu səkinin üstündə dayanarkən vurub.   Hazırda Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparır. Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumatı təsdiqləyib. Məlumata görə, Azərbaycan tərəfi aidiyyati qurumlarla (Azərbaycanın Gürcüstandakı səfirliyi) idmançının cənazəsinin ölkəmizə gətirilməsi üçün tədbirlər görür.