Qaynar xətt:

(+99450) 247 90 86

Qubada gecə saatlarında fəaliyyət göstərən çay evi aşkarlanıb

Qubada gecə saatlarında fəaliyyət göstərən çay evi aşkarlanıb

KRİMİNAL

1793

20.02.2021, 11:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Oxu24.com-a verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazidə xidmət aparan zaman  gecə saat 03:00 radələrində rayonun Mirzəməmmədkənd kəndi ərazisində yerləşən K. Xanmədova məxsus çayxananın fəaliyyət göstərdiyini müəyyən ediblər.

Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyektin sahibi və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və onlar məsuliyyətə cəlb olunublar.