Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda ruhi xəstənin başına zəncir bağlayan şəxs tutulub - RƏSMİ+FOTO

Bakıda ruhi xəstənin başına zəncir bağlayan şəxs tutulub - RƏSMİ+FOTO

KRİMİNAL

2332

17.02.2021, 09:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə bir nəfər şəxsin zəncirlə dirəyə bağlanılmasını əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyində araşdırılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a  verilən məlumata görə, Sabunçu rayonunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxs 12 gün bundan əvvəl paytaxtın Sabunçu qəsəbəsində yerləşən marketlərin birinə daxil olub.

Bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə marketin sahibi, 24 yaşlı Rahib Lətifov onun boğaz nahiyəsinə zəncir taxaraq marketin qarşısındakı dirəyə bağlayaraq mobil telefonla videogörüntüyə alaraq sosial şəbəkələrdə yayıb. 

Törətdiyi əmələ görə R.Lətifov məsuliyyətə cəlb edilib, qanunvericiliyə uyğun olaraq onun barəsində araşdırmalar davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.