DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
6048
15.02.2021, 11:15
Fevralın 14-də saat 01 radələrində Bərdə rayonu ərazisində Aynur Əsgərovaya məxsus üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi və Rəsul Orucova bıçaq zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Bərdə rayon prokurorluğuna məlumat daxil olub.
Bərdə rayon Prokurorluğun mətbuat xidmətindən Oxu24/com-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla 1991-ci il təvəllüdlü Elmidar Əsgərovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bacısı 1989-cu il təvəllüdlü Aynur Əsgərovaya və sonuncunun qeyri-rəsmi nikahda olduğu 1992-ci il təvəllüdlü Rəsul Orucova bıçaq zərbələri yetirməsi nəticəsində Aynur Əsgərovanı qəsdən öldürməsinə, Rəsul Orucovu isə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Elmidar Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
00:40 / 14 Noyabr 2026
14
00:02 / 14 Noyabr 2026
258
23:58 / 13 Noyabr 2026
67
23:49 / 13 Noyabr 2026
64
23:40 / 13 Noyabr 2026
77
23:28 / 13 Noyabr 2026
78
23:22 / 13 Noyabr 2026
87
23:17 / 13 Noyabr 2026
90
23:09 / 13 Noyabr 2026
100
23:05 / 13 Noyabr 2026
91
23:02 / 13 Noyabr 2026
94
22:53 / 13 Noyabr 2026
103
22:49 / 13 Noyabr 2026
98
22:41 / 13 Noyabr 2026
96
22:36 / 13 Noyabr 2026
115
22:18 / 13 Noyabr 2026
104
22:13 / 13 Noyabr 2026
104
22:03 / 13 Noyabr 2026
619
21:43 / 13 Noyabr 2026
947
21:36 / 13 Noyabr 2026
109
21:29 / 13 Noyabr 2026
136
21:24 / 13 Noyabr 2026
334
21:03 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.