Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşət: 19 yaşlı olan atasını öldürdü

Bakıda dəhşət: 19 yaşlı olan atasını öldürdü

KRİMİNAL

3202

15.02.2021, 09:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fevralın 13-də saat 21 radələrində Sabunçu rayon ərazisində 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan  Oxu24.com-a  verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2002-ci il təvəllüdlü Cahangir Şükürlünün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Cavanşir Şükürovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Cahangir Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.