Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşətli hadisə: Direktor iki gün əvvəl aldığı mənzilində öldü

Azərbaycanda dəhşətli hadisə: Direktor iki gün əvvəl aldığı mənzilində öldü

KRİMİNAL

3137

14.02.2021, 23:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Göyçay rayonunda məktəb direktoru dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay şəhər 8 saylı tam orta məktəbin direktoru, 1977-ci il təvəllüdlü Usubəliyev Ceyhun Ramiz oğlu bu gün qəfildən dünyasını dəyişib.

Onun iki gün öncə Göyçay şəhərinin RTS adlanan ərazisindəki beşmərtəbəli binadan yeni aldığı mənzildə ürəktutması səbəbindən öldüyü bildirilir.

Ceyhun Usubəliyevin meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.