DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2813
12.02.2021, 10:11
Sosial şəbəkələrdə Vətən Müharibəsində döyüşən qazi Aydın Ağazadənin həbs edilməsi ilə bağlı məlumatlar yayılıb. Geniş müzakirə olunan bu məsələyə görə vətəndaşlar verilən qərarla bağlı qınayıcı fikirlərini ifadə ediblər.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, Cəlilabad rayon sakini Ağazadə Aydın Nəbi oğlu 2019-cu il iyunun 28-də həmyerlisinin evindən 3600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda ittiham edilib. O, cinayəti törədərkən tək olmayıb, elə dəstə üzvləri ilə birgə tutulub.
Aydın Ağazadəyə Cinayət Məcəlləsinin 177.2.1-ci (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib.
O, şübhəli şəxs qismində tutularaq iyunun 30-da ittiham elan edilməklə barəsində heç yerə getməmək qərarı verilib. Aydın Ağazadənin ayağına müəyyən edilən ərazini tərk etməməsi üçün GPS bazubənd də bağlanıb.
İstintaq müddətində isə o başqa cinayətə görə ittiham edilib. Bu dəfə A.Ağazadə Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədilə narkotik maddələri daşıma) maddəsi ilə təqsirləndirilib. Onun üzərindən narkotik vasitə aşkar edilib.
Hər iki cinayət işi ilə bağlı istintaq yekunlaşdırılaraq 2020-ci il fevralın 2-də iş materialları baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə prosesi davam etdiyi müddətdə Vətən Müharibəsi başlayıb. Aydın Ağazadə könüllü səfərbərliyə yazılıb və sentyabrın 27-dən döyüşlərə qatılıb. O, döyüşlərdə sağ budundan yaralanaraq müharibəni qazi kimi tərk edib.
Əsgər Aydın Ağazadə "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
A.Ağazadə döyüşdən qayıtdıqdan sonra məhkəmə prosesi bərpa edilib və Cəlilabad Rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyevin hökmü ilə ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Aydın Ağazadə məhkəmə zalında həbs edilib.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.