Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! DİN məlumat yaydı: 38 nəfər saxlanılıb

SON DƏQİQƏ! DİN məlumat yaydı: 38 nəfər saxlanılıb

KRİMİNAL

1246

10.02.2021, 10:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən Oxu24.com-a  verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.