DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
7499
08.02.2021, 11:17
Baş prokuror Kamran Əliyev ötən il yanvarın 6-da küçədə yanmış vəziyyətdə meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı aparılan istintaq üçün məhkəməyə müraciət edib.
Oxu24.com "Qafqazinfo”ya istinadən xəbər verir ki, N.Quliyevanın qətlində qonşusu İlkin Süleymanov ittiham edilir. Lakin İ.Süleymanov artıq 13 aydır ki, həbsdə saxlanılsa da, istintaq yekunlaşmır.
Prosessual qanunvericiliyə görə, istintaq 13 ay ərzində yekunlaşmalıdır. Cinayət işində təqsirləndirilən şəxslərin sayının çox olması, yaxud iş materiallarının çox olması səbəbindən Baş prokuror və ya onun birinci müavini zərurət olduğuna görə istintaqı daha 6 ay uzada bilər.
Bu işə baş prokurorun birinci müavini prosessual rəhbərlik etdiyi üçün Baş prokuror Kamran Əliyev özü fevralın 1-də Nəsimi rayon məhkəməsinə müraciət edərək istintaqın daha 4 ay uzadılmasını istəyib. Məhkəmə K.Əliyevin təqdimatını təmin edib və İ.Süleymanovun daha 4 ay həbsdə qalmasına qərar verilib. Baş prokuror müddətin artırılması zərurətini iş materiallarının çox olması ilə əsaslandırıb.
İstintaqın işi məhkəməyə göndərmək üçün bu dəfə artırılan 4 aydan əlavə 2 ay da vaxtı var. Qanun 13 aydan sonra maksimum 6 ay uzadılmaya imkan verir. Daha sonra isə ya iş sübutlarla birgə məhkəməyə göndərilməli yaxud da cinayət işinə xitam verilərək İ.Süleymanov azadlığa buraxılmalıdır.
İ.Süleymanovun vəkili Əlibaba Rzayev bildirib ki, Nəsimi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər.
Ə.Rzayev qeyd edib ki, bu işlə İ.Süleymanovun əlaqəsi olmadığı üçün ortada sübut da yoxdur: "İstintaq da sübut formalaşdıra bilmədiyi üçün iş məhkəməyə göndərilə bilmir”.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.