Qaynar xətt:

(+99450) 247 90 86

Sabirabadda nişan məclisi təşkil edənlər cərimələnib

Sabirabadda nişan məclisi təşkil edənlər cərimələnib

KRİMİNAL

790

08.02.2021, 09:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon sakini R. İsmayılovun yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və iştirak edən 10 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.