Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli qəza: Yaralılar var

Dəhşətli qəza: Yaralılar var

KRİMİNAL

1191

08.02.2021, 09:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı rayonunun Təklə kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini Ümid Zahid oğlu Tağıyevin idarə etdiyi "Hyundai" markalı 99-ZO-994 dövlət qeydiyyat nişanlı avtomobil ilə Çaxırlı kənd sakini, Namiq Cəfərovun idarə etdiyi "VAZ-2106" markalı 44-CA-448 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində "VAZ-2106" markalı avtomobildə olan 5 nəfər - sürücü, 1973-cü il təvəllüdlü Namiq Cəfərov, sərnişinlər, 1962-ci il təvəllüdlü Əhliman Kərimov, 1995-ci il təvəllüdlü Leyla Kərimova, 2017-ci il təvəllüdlü Aylin Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri qadın, ikisi kişi, ikisi isə uşaqdır. Faktla bağlı araşdırma aparılır.