Qaynar xətt:

(+99450) 247 90 86

Daha bir rayonda əməliyyat: Vəzifəli şəxslər saxlanıldı

Daha bir rayonda əməliyyat: Vəzifəli şəxslər saxlanıldı

KRİMİNAL

2714

05.02.2021, 13:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev saxlanılıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində hər iki şəxs korrupsiya və torpaq satışı ilə bağlı yol verdikləri qanunsuz əməllərə görə saxlanılıb.

Qeyd edək ki, R. Allahverdiyev 1999-cu ildən bələdiyyə sədridir.

Şahbaz Mehdiyev isə ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləyib./Unikal.org