Qaynar xətt:

(+99450) 247 90 86

Qayınatası tərəfindən tikə-tikə edilən gəlin haqqında YENİ FAKTLAR AÇILDI

Qayınatası tərəfindən tikə-tikə edilən gəlin haqqında YENİ FAKTLAR AÇILDI

KRİMİNAL

2058

02.02.2021, 09:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qətlə yetirilərək zibil qutusuna atılan 32 yaşlı Məhərrəmova Banu Xudayar qızının qətli barədə yeni detallar bəlli olub.

Bununla bağlı sonxeber.az-a mərhumun yaxını danışıb. Bildirilib ki, Banunun həyat yoldaşı hazırda Almaniyada deyil, Kanadadır.

Banu mental dəyərlərin qurbanıdır. Ailəsi namuslu və kasıbdır və onlara görə geri qayıtmaq olmaz. İndi isə balamı verin deyib fəryad edirlər.

Bildirilir ki, ailə Banu gəlin köçən ilk gündən şəxsi mobil telefonu belə olmayıb. Ona küçəyə çıxmağa icazə verilməyib. Banunun iki kiçik azyaşlı övladı var.

Ən maraqlısı isə, meyitin üzərinə mərhumun şəxsiyyət vəsiqəsinin qoyulmasıdır.