DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2185
01.02.2021, 11:54
Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş “Emoş” ləqəbli Emil Rzayev idarə etdiyi avtomobillə birgə saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, E. Rzayevin idarə etdiyi avtomobilə baxış zamanı oradan naqan tipli odlu silah, onun üzərindən isə 1,16 qram narkotik vasitə olan heroin aşkarlanıb.
Bundan başqa, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları isə kriminal aləmin üzvü olan şəhər sakini, 43 yaşlı “İska” ləqəbli İsmayıl İrzayevi saxlayıb. İ. İrzayevin üzərinə baxış keçirilən zaman ondan 1,88 qram heroin aşkar edilərək götürülüb.
Əməliyyat axtarış tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı ünvana da baxış keçirilib. Baxış zamanı evdən narkotik vasitə ilə yanaşı odlu silah da aşkar edilib.
Ömrünün 14 ilini dəmir barmaqlıqlar arasında keçirən və kriminal aləmdə “İska” ləqəbi ilə tanın İsmayıl İrzayev narkotik istifadəçisi olduğunu, həmin heroini də bir neçə ay əvvəl Bakı şəhərindən aldığını etiraf edib. İsmayıl İrzayevin üzərindən və evindən aşkarlanan narkotik vasitə ekspertizaya təqdim olunub.
Hazırda odlu silahdan hər hansı bir cinayət əməlində istifadə olunub olunmaması istiqamətində araşdırmalar davam etdirilir.
Faktlarla bağlı araşdırma aparılır.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.