Qaynar xətt:

(+99450) 247 90 86

Rasim Məmmədov Ramiz Mehdiyevin oğlu və kürəkəninin şikayəti ilə həbs edilib

Rasim Məmmədov Ramiz Mehdiyevin oğlu və kürəkəninin şikayəti ilə həbs edilib

KRİMİNAL

2151

29.01.2021, 19:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Baku Steel Company" şirkətinin rəhbəri Rasim Məmmədovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilməsinin səbəbi bəlli olub.

Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, R. Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat  İlham Əliyevin şikayəti əsasında saxlanılıb.

Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib.

Xatırladaq ki, Rasim Məmmədov və Mehdiyevlər ailəsi biznes ortağı olublar, əsasən "Baku Steel Company"də birgə pay sahibi olublar . R.Məmmədov daha çox Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb.