Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli hadisə: Futbolçunu kütləvi davada öldürdülər

Dəhşətli hadisə: Futbolçunu kütləvi davada öldürdülər

KRİMİNAL

3650

27.01.2021, 23:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İrlandiyalı futbolçu Coş Dann faciəvi hadisə nəticəsində dünyasını dəyişib.

Oxu24.com  "The Irish Sun" nəşrinə istinadən xəbər verir ki, 16 yaşlı oyunçu küçə davası zamanı qətlə yetirilib.

İnsident paytaxt Dublində baş verib. Kütləvi davada müxtəlif dərəcəli bədən xəsarətləri alan Dann xəstəxanada keçinib.

Yerli polis qətl hadisəsi ilə bağlı cinayət işi açıb.

Qeyd edək ki, Coş Dann ölkəsinin "Bohemian" klubunun akademiyasında çıxış edib.