Qaynar xətt:

(+99450) 247 90 86

Xırdalanda dağıntılar altında daha bir nəfərin meyiti tapılıb

Xırdalanda dağıntılar altında daha bir nəfərin meyiti tapılıb

KRİMİNAL

1258

26.01.2021, 15:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan azyaşlının meyiti tapılıb.

Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib.

Onun sözlərinə görə, FHN xilasediciləri azyaşlının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 1 nəfərin cəsədini çıxarmışdı.