Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4730
az

Kriminal avtoritet nişanəsi: zibil qutusundan tapılan baltalanmış əl kimindir?

19:2924 Avqust, 2018
4800
KRİMİNAL
  • A
 Bakının Bülbülə qəsəbəsində zibil qutusundan balta ilə kəsilmiş və nərd zəri tatuirovkası döyülmüş kişi əli tapılıb. Deyilənə görə, beş nöqtəni əks etdirən zər tatuirovkasını bir qayda olaraq təkadamlıq kamerada cəza çəkən məhkumlar döydürürlər.

Suraxanı Rayon Polis İdarəsindən sputnik.az-a bildirilib ki, əl sahibinin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Mərhumun əvvəllər Rusiyada, Gürcüstanda və MDB məkanında mühakimə edilib-edilməməsi də sual altındadır.

Hüquq müdafiəçisi Eldar Zeynalov deyir ki, təkadamlıq kamerada cinayət aləminin "başçıları" - avtoritetlər otururlar. Hansı ki, onları digər cinayətkarlardan belə təcrid edirlər.

Meyitin bütün əzaları aşkar olunmadığından əməliyyat-istintaq qrupu hələlik bununla bağlı nəsə deməyə çətinlik çəkir.

Fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Yeri gəlmişkən qeyd edək ki, ötən il sentyabrın 5-də Hövsan qəsəbəsindəki kollektordan odlu silahla qətlə yetirilən, hissələrə bölünmüş kişi meyitinin qalıqları aşkarlanmışdı. Mərhumun saçları, qaşları qırxılmış, kiprikləri yandırılmışdı.

İstintaqın gəldiyi nəticəyə görə, qatil bunu qurbanının aşkarlanmaması üçün edib. Bu üzdən də itkin düşmüş şəxslərin siyahısındakı məlumat bazasındakı yoxlamalar heç bir nəticə verməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib