Qaynar xətt:

(+99450) 247 90 86

Bazarda xiyar üstündə satıcını bıçaqlayan şəxs saxlanıldı

2018-08/1535021149_1-1-1.jpg

KRİMİNAL

849

23.08.2018, 14:45

\"\" Mingəçevir şəhərində bazarda satıcını bıçaqlayan şəxs tutulub.
“Oxu24.com” xəbər verir ki, 1986-cı il təvəllüdlü Samir Vaqif oğlu Musayevi bıçaqlayan Yevlax rayonunun Bəydilli kənd sakini Nemət Kərimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Qeyd edək ki, hadisə avqustun 23-də baş verib. N.Kərimov bazarda xiyarın topdansatışı ilə məşğul olur və mütəmadi olaraq Mingəçevirdə müştəriləri bu məhsulla təmin edir. Hadisə də alqı-satqı məsələləri, məhsulun pulunun toplanılmasında yaranan anlaşılmazlıq və məhsulun keyfiyyəti ilə qiyməti arasında yaranan mübahisə olub.