DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2169
15.01.2021, 21:06
Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər yaxalanıb.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumçata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rüstəmov Xətai rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 100 qram heroin aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə 25 kiloqram 286 qram heroin, 5 kiloqram 156 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Xəzər RPİ 3-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Əliyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 20 qrama yaxın heroin və metamfetamin aşkar edilib.
Polis əməkdaşlarının onun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oradan 1 kiloqramdan artıq heroin götürülüb.
Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş C.Mirzəyevin yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 491 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
14:24 / 14 Noyabr 2026
21
14:19 / 14 Noyabr 2026
39
14:15 / 14 Noyabr 2026
43
14:09 / 14 Noyabr 2026
115
13:50 / 14 Noyabr 2026
865
13:48 / 14 Noyabr 2026
93
13:16 / 14 Noyabr 2026
86
13:03 / 14 Noyabr 2026
92
12:49 / 14 Noyabr 2026
116
12:25 / 14 Noyabr 2026
107
12:09 / 14 Noyabr 2026
121
11:58 / 14 Noyabr 2026
119
11:50 / 14 Noyabr 2026
102
11:39 / 14 Noyabr 2026
101
11:32 / 14 Noyabr 2026
110
11:19 / 14 Noyabr 2026
120
11:09 / 14 Noyabr 2026
115
11:00 / 14 Noyabr 2026
135
10:58 / 14 Noyabr 2026
120
10:46 / 14 Noyabr 2026
132
10:36 / 14 Noyabr 2026
126
10:17 / 14 Noyabr 2026
117
09:59 / 14 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.