DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3277
14.01.2021, 22:47
Əgər 2020-ci il sentyabrın 27-də Qarabağda Vətən müharibəsi başlamasaydı şübhəsiz ki, ölkə mətbuatının başlıca gündəm mövzularından biri “Lotu Quli” ləqəbli məşhur “vor zakon” Nadir Səlifovun qətli olacaqdı. Xəbər verildiyi kimi “Lotu Quli” ötən il avqustun 20-də Antalyadakı otellərdən birində yaxın ətrafına daxil olan “Xan Əhmədlinski” ləqəbli Xaqan Zeynalov tərəfindən güllələnərək öldürülüb. O, hadisə yerindən qaçarkən yaxalanıb.
Oxu24.com xəbər verir ki, məşhur mafiya liderinin qətlinin sifarişçisi kimi 2016-cı ildə İstanbulda öldürülən digər azərbaycanlı mafioz “Rövşən Lənkəranski”nin klanı hesab edilirdi və mətbuat yazırdı ki, “Lotu Quli”dən məhz onun qətlinə görə qisas alıblar. İstanbul polisi qətl üzrə əməliyyat-istintaq tədbirlərini həyata keçirərək iki Azərbaycan vətəndaşını həbs edib. Bu hadisə Qarabağda müharibənin başlamasından cəmi 3 gün sonraya təsadüf etdiyindən normal olaraq Azərbaycan mediasının diqqətini cəlb etməmişdi.
Saxlanılanlar Əli Mövlanlı və Rəsul Həsənov adlı şəxslərdir. Onlar 2020-ci il oktyabrın 29-da Bakıdan Ukraynaya gedərkən İstanbulda yaxalanıb. Belə görünür ki, həmin vaxt koronavirus pandemiyasına görə Bakıdan Ukraynaya birbaşa reyslər olmadığından şübhəlilər İstanbul üzərindən uçmağa qərar veriblər. İstanbul polsinin mütəşəkkil cinayətkarlıqla və terrorla mübarizə idarəsinin əməliyyatçıları onlar İstanbul aerportuna enən kimi yaxalayıblar. Çünki bu şəxslərin “Lotu Quli” cinayətində əli olduqları barədə polisdə əməliyyat məlumatları olub.
Polis qaynaqlarının bildirdiyinə görə, Əli Mövlanlı və Rəsul Həsənov qətlin planlaşdırılmasında və təşkilində iştirak ediblər. Qətldən təxminən bir saat əvvəl isə Türkiyədən qaçıblar. Onlar cinayətdən bir neçə gün əvvəl Xaqan Zeynalovla görüşüblər, Antalyanın Serik rayonundakı otellərdən birində qalıblar və “Lotu Quli”nin qətlindən bir saat əvvəl təyyarə ilə Türkiyəni tərk ediblər.
X.Zeynalov hələlik sifarişçinin adını çəkmir və “Lotu Quli”ni “xoşu gəlmədiyi üçün öldürdüyünü” deyir. / Virtualaz.org
14:44 / 14 Noyabr 2026
61
14:31 / 14 Noyabr 2026
60
14:24 / 14 Noyabr 2026
137
14:19 / 14 Noyabr 2026
76
14:15 / 14 Noyabr 2026
72
14:09 / 14 Noyabr 2026
179
13:50 / 14 Noyabr 2026
1433
13:48 / 14 Noyabr 2026
104
13:16 / 14 Noyabr 2026
101
13:03 / 14 Noyabr 2026
98
12:49 / 14 Noyabr 2026
122
12:25 / 14 Noyabr 2026
113
12:09 / 14 Noyabr 2026
125
11:58 / 14 Noyabr 2026
122
11:50 / 14 Noyabr 2026
107
11:39 / 14 Noyabr 2026
104
11:32 / 14 Noyabr 2026
114
11:19 / 14 Noyabr 2026
128
11:09 / 14 Noyabr 2026
120
11:00 / 14 Noyabr 2026
139
10:58 / 14 Noyabr 2026
125
10:46 / 14 Noyabr 2026
138
10:36 / 14 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.