Qaynar xətt:

(+99450) 247 90 86

"Hamımızın ana-bacısı var, ..." - Bakıda oğlanı qızla bu hərəkətinə görə öldürdülər

2018-08/1533822266_birlik.jpg

KRİMİNAL

1208

09.08.2018, 17:44

\"\" Aralarında yaranmş mübahisədən sonra tanışını öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Oxu24.com \"Musavat.com”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkmə iclası başlayıb. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası avqustun 16-na təyin edilib. Qətl hadisəsi ötən ilin dekabr ayının 18-də Sabunçu rayonunda baş verib. E.Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci polis bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Heydərov saxlanılıb. İlkin məlumata görə, 19 yaşlı Emil Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Həziyev Nicat Qulam oğlu ilə bir məhəllədə yaşayıb. Polis tərəfindən saxlanılan Emil bildirib ki, özündən 6 yaş böyük Nicatı mübahisə zəminində öldürüb. O deyib ki, Nicatın bəzi hərəkətlərindən xoşu gəlməyib. Belə ki, 25 yaşlı Nicat Həziyevin məhəllədə qızla gəzməsi Emili narahat edib. O, məhəllədən tanıdığı Nicata \"hamımızın ana-bacısı var, belə hərəkətlər lazım deyil\" kimi irad bildirib. Bundan sonra onların münasibəti kəskinləşib və aralarında münaqişə yaranıb. Münaqişə zəminində 19 yaşlı Emil Nicatı bıçaqlayaraq öldürüb.