Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4294
az

Qətlə yetirilən iş adamının həyat yoldaşının evi əlindən alındı -

14:5106 Avqust, 2018
2232
KRİMİNAL
  • A

Yasamal rayonu,Yeni Yasamal Massivi,Xarici 2-ci dairəvi ünvanında yaşayan sakinlər tərəfindən Femida.az-a müraciət daxil olub.Müraciət edən Venera Rüstəmovanın sözlərinə görə,bu binanın tikintisinə onun həyat yoldaşı Rövşən Rüstəmov və şəriki Şakir Hüseynov birlikdə başlayıb. Həyat yoldaşı Rövşən Rüstəmovun 2011-ci il, iyunun 8-də Nəsimi rayonunda odlu silahla qətlə yetirilməsindən sonra onun vərəsələri binaya buraxılmayıb. Şikyətçinin iddiasına görə,qanuni qüvvəyə minmiş məhkəmə qərarları olmasına baxmayaraq həyat yoldaşının şəriki olan Şakir Hüseynovun hüquqi varisi Tural Hüseynov onları mənzillərə buraxmır.

Venera Rüstəmovanın sözlərinə görə,məhkəmənin təkrar icra haqqında sənədi olmasına baxmayaraq borclu tərəf qanunsuzluq edərək bölgü zamanı onlara verilən 20 ədəd mənzilə daxil olmasına maneçilik törədir.Hətta onlara məxsus 53 saylı mənzilin qapıları qaynaqlanıb və girişi mümkünsüz olub.Venera Rüstəmova baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirib.

Qeyd olunan bina ilə bağlı daha bir şikayətçi Abdullayeva Yeganə Dadaş qızıdır.Onun sözlərinə görə,2012-ci ildən qeyd olunan ünvandan mənzil almasına baxmayaraq hələ də evinə köçə bilmir. Əllərində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq binanın komendantı onları mənzilə buraxmır.Şikayətçinin sözlərinə görə, yaxınlarda Xanoğlan Hüseynov adlı şəxs ona məxsus mənzilin qapısını qıraraq qanunsuz mənzilə daxil olub.


“Fevral ayında qayınanam rəhmətə getmişdi.Yas yerinə başımız qarışdı.Evə qayıdanda gördük ki,mənzilin qapısı dəyişdirilib,divarları uçulub.Burada işləyən Xanoğlan Hüseynov dedi ki, guya bu ev ona məxsusdur.Halbuki, mənim əlimdə çıxarış var.Mənzilə pulu nəğd ödəmişəm.Buna baxmayaraq evimə girə bilmirəm.Məhkəmələr hamısı bizim xeyrimizə qərar çıxarıb.Buna baxmayaraq qarşı tərəf bizdən əl çəkmir.Üstümüzə hücum çəkirlər”, deyə şikayətçi bildirib.

Yeganə Abdullayevanın sözlərinə görə, sonuncu hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə rəsmi ərizə ilə müraciət edib.


Adı mənzilə qanunsuz girməkdə hallandırılan Xanoğlan Hüseynov iddialara cavab verərkən bildirib ki, qeyd olunan 73 nömrəli mənzil ona məxsusdur.

“Həmin qadın yalan danışır.Ev mənimdir.Ona görə də qapısını dəyişdirmişəm.Onların burada heç bir haqqı yoxdur.Biz təkrar məhkəməyə müraciət etmişik”, deyə qarşı tərəf ittihamlara cavab verərkən bildirib.

Venera Rüstəmovanın vəkili Sadiq Əfəndiyev iş üzrə baş verən hüquqi proseslərə aydınlıq gətirib.Vəkilin sözlərinə görə,məhkəmənin qərarı olmasına baxmayaraq borclu tərəf qanunlara məhəl qoymayaraq qanunsuz olaraq tələbkarın mənzilinə daxil olub.


“Hazırda bu fakt üzrə aidiyyatı orqanlara yazılı şəkildə müraciət etmişik”, deyə vəkil bildirib.
Femida.az hadisənin baş verdiyi ərazisi üzrə Yasamal Rayonu Polis İdarəsinin 29-cu polis bölməsi ilə əlaqə saxlayıb.Bölmədən verilən məlumata görə, Rüstəmova Venera Əhəd qızı tərəfindən 03.08.2018-ci il tarixdə 29-cu polis bölməsinə ərizə daxil olub.
“Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə vətəndaşın müraciətinə cavab veriləcək”, deyə verilən açıqlamada qeyd olunub.

Həmçinin digər şikayətçi Qasımov Fazil Əvəz oğlu tərəfindən 25.05.2018-ci il tarixdə ərizə ilə bölməyə müraciət daxil olduğunu və vətəndaşa cavabda məhkəməyə müraciət etmələri tövsiyə olunduğu qeyd olunub.

Femida.az vətəndaşların müraciətini yerində araşdırmaq məqsədi ilə qeyd olunan ərazidə çəkiliş aparıb.Ərazidə çəkiliş apardığımız zaman binanın komendantı və digər işçiləri tərəfindən çəkiliş qrupumuza və şikayətçilərə hücum oldu. Həmin şəxslərin burada çalışmaları barədə əmək müqavilələrinin olub-olmamasını soruşduqda heç bir sənəd təqdim etmədilər.Özünü qarşı tərəfin vəkili kimi təqdim edən şəxsin Vəkillər Kollegiyasının üzvü olmadığı məlum oldu.Femida.az ərazidən hazırlanmış videoreportajı təqdim edir:

Femida.az məsələ ilə bağlı qarşı tərəf Tural Hüseynovun da mövqeyini təqdim edəcək.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qətlə yetirilən iş adamının həyat yoldaşının evi əlindən alındı -
Heydər Əliyevin təyyarəsini vurmaq istəyən müdafiə naziri kim olub?-

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ