Qaynar xətt:

(+99450) 247 90 86

Məhkəmə qərarını icra etməyən şəxs saxlanılıb

2018-08/1533551597_hebs-oxu24.jpg

KRİMİNAL

1119

06.08.2018, 14:33

\"\" Bakıda məhkəmə qərarını icra etməyən şəxs saxlanılıb.
\"Report\"un məlumatına görə, Ceyhun Elçin oğlu Mehrəliyev Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə axtarışda olub. O, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində tutulub. Qeyd edək ki, C.Mehrəliyev Nazilə Şirinova adlı qadınla qeyri-rəsmi nikahda yaşayıb. Onların bu nikahdan bir övladları dünyaya gəlib. Sonradan C.Mehrəliyevlə N.Şirinova arasında münaqişə yaranıb. Qadın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib. C.Mehrəliyev qeyri-rəsmi həyat yoldaşını bıçaqlayıb. Ona görə də barəsində Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdı.