Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşət: Fəhlə öldü

Bakıda dəhşət: Fəhlə öldü

KRİMİNAL

715

23.11.2020, 10:52

Noyabrın 21-də saat 11 radələrində paytaxtın Binəqədi rayonu ərazisində Rzayev Elşən Yusif oğlunun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu24.com-a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. İlkin araşdırmalarla Binəqədi rayonu, Hökməli qəsəbəsi ərazisində tikilməkdə olan 9 mərtəbəli yaşayış binasının dam örtüyünün vurulmasına cəlb edilmiş fəhlə Rzayev Elşən Yusif oğlunun binanın damından yıxılaraq aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.