Qaynar xətt:

(+99450) 247 90 86

Ağcabədidə oğul atasını öldürdü, ögey anasını yaraladı

2018-07/1532797834_670174.jpg

KRİMİNAL

1376

28.07.2018, 21:10

\"\" Ağcabədidə qətl törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, iyulun 27-də Ağcabədi rayon sakini Mirzəxan Baxşəliyev yaşadığı Qaradolaq kəndi ərazisindəki “Ağgöl” adlanan fermanın həyətində idarə etdiyi “Niva” markalı avtomobillə atası Musa Baxşəliyevi və ögey anası Dilarə Baxşəliyevanı qəsdən vurub və könüllü olaraq polisə gəlib. Musa hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş D. Baxşəliyevanın vəziyyəti orta-ağırdır.