Qaynar xətt:

(+99450) 247 90 86

Lerikdə hamilə qadın döyülüb

2018-07/1532796955_xestexana.jpg

KRİMİNAL

939

28.07.2018, 20:56

\"\"   Lerikdə qadın döyülərək ağır xəsarət alıb.
Oxu24.com Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Orand kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Zakirə Fərəcova döyülərək ağır xəsarət alıb. Qadın ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun komada olduğu bildirilir. Məlumata görə, hamilə olan Z. Fərəcova əri və qaynı tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.