Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda güclü partlayış: 4 nəfər yandı

2018-07/1532789204_partl.jpg

KRİMİNAL

1568

28.07.2018, 18:46

\"\" Sumqayıt şəhərində yerləşən avtomobil parkının ərazisində partlayış baş verib.
Oxu24şcom Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində yerləşən avtomobil parkının ərazisində partlayış baş verib. Nəticədə parkın ərazisində dayanmış 1 ədəd yük və 1 ədəd minik avtomobilində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Sumqayıt Regional Mərkəzinin xilasetmə dəstələri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.