Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşətli hadisə: 3 nəfər yaralandı

Bakıda dəhşətli hadisə: 3 nəfər yaralandı

KRİMİNAL

557

25.09.2020, 22:37

Paytaxtın ayrı-ayrı üç rayonunun ərazisində yol nəqliyyat hadisələri baş verib.
APA xəbər verir ki, hadisə Qaradağ, Nəsimi, Nərimanov rayonlarında qeydə alınıb. Şamaxı-Müşfiqabad yolunun Qaradağ rayonu ərazisinə düşən hissəsində 1991-ci il təvəllüdlü Mərdanova Günel Müşfiq qızı yolu keçərkən onu maşın vurub.
Metronun "20 Yanvar" stansiyasının yaxınlığına yolun piyadalar üçün müəyyən edilməmiş hissəsində 1966-cı il təvəllüdlü Seyidova Şəmsiyyə Məhiyyədin qızını avtomaşın vurub. Metronun "Koroğlu" stansiyasının yaxınlığında, Nərimanov rayonunda isə 1985-ci il təvəllüdlü Babayev Soltan Qurbanəli oğlu avtobus dayanacağında dayanarkən onu avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.