Villanın zirzəmisindən 350 kiloqram qızıl tapıldı
20 May 2026, 22:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
567
19.09.2020, 19:50
Azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (Lotu Quli) qətlə yetirildikdən sonra tərəfdarları bir müddət çaşqınlıq içində qalsalar da, Lotu Qulinin qardaşı Namiq Səlifov onları toparlaya bilib.
2013-cü ildə “qanuni oğru” tituluna layiq görülən və kriminal aləmdə “Namiq Bakinski” kimi tanınan Namiq Səlifov bu addımı ilə özünü layiqli varis kimi isbat edə bilib. Yada salaq ki, Lotu Qulinin qətlindən sonra onun klanına Namiq Bakinskinin liderlik edəcəyi bildirilirdi. Lakin onun varis kimi zəif fiqur olduğu barədə iddialar var idi.
Namiq Səlifov addımları ilə bu iddiaların əsassız olduğunu ortaya qoyub. Onun ilk işi Lotu Qulinin tərəfdarlarından olan “qanuni oğru”lar Mahare Qvaramiya (Maçi) ilə Merab Mzarelua (Duyake) arasındakı qarşıdurmaya müdaxilə edərək onları barışdırmaq oldu. Hər iki “qanuni oğru”nun Namiq Bakinskinin sözünü yerə salmaması, onun təkidilə barışması varisin zəif fiqur olduğunu düşünənlər üçün gözlənilməz hadisə idi.
Məlumatlara görə, Namiq Bakinski bu olaydan sonra qardaşının digər tərəfdarlarını da özünün liderliyinə inandıra bilib. İndi hər kəs Namiq Səlifovu “böyük qardaş” kimi qəbul edir və ona Lotu Quli qədər hörmət və ehtiram göstərirlər.
Əslində Namiq Bakinskinin varis kimi uğurlu seçim olduğunu kriminal dünyaya yaxından bələd olanlar yaxşı bilirdi. Namiq Səlifov qardaşı həbsxanada olanda onun klanını idarə edən əsas şəxs olub. Digər tərəfdən, məhz o, Lotu Qulinin tərəfdarlarını Türkiyəyə toplayaraq burada ən güclü mafioz qruplarla rəqabət apara biləcək qruplaşma yaratmışdı. Namiq Bakinski həm də qardaşının rəqiblərinin sıradan çıxarılması əməliyyatlarında iştirak edirdi. Təsadüfi deyil ki, Nadir Səlifov azadlığa buraxılanda artıq onu qəbul etməyən yox idi. Yalnız Rusiya həbsxanasında cəza çəkən “qanuni oğru” Zaxari Kalaşov (Şakro Molodoy) Lotu Qulinin nüfuz sahibi olmasından narahatlıq keçirirdi.
Bunun da ciddi səbəbləri var idi. Nadir Səlifov uzun illər “qanuni oğru” titulunu qorumaq uğrundan mübarizə aparıb. Bütün basqılara rəğmən o bu mübarizədən qalib çıxmışdı. Özünə qarşı basqıları haqsızlıq hesab edən Nadir Səlifov başqalarının da haqqının pozulmasına imkan vermir, bütün məsələlərə ədalət prizmasından yanaşırdı. Bu isə bəzən maraqları ədalətdən üstün tutan kriminalitetləri narahat etməyə bilməzdi.
Zaxari Kalaşov haqqında da belə iddialar var ki, o “oğru qaydaları”na riayət etsə də, bəzi hallarda maraqlarına daha çox diqqət edir. Məsələn, Lotu Quli ilə gürcü əsilli “qanuni oğru” Quram Çixladze arasındakı konfliktin ssenari müəllifinin Zaxari Kalaşov olduğu iddia edilir. Rusiya mətbuatı da bu barədə bir neçə dəfə yazıb. İki “qanuni oğru”nu üz-üzə qoymaq, özü də heç ciddi əsası olmayan, anlaşılmazlıqdan doğan insidentə görə, “oğru qaydaları”na uyğun deyil. Zaxari Kalaşovun sayəsində bu məsələ o qədər böyüdü ki, bir neçə “qanuni oğru” titulunu itirdi. Kriminal dünyadakı parçalanma daha da dərinləşdi. Hətta Canqveladze-Oniani qruplaşması Şakro Molodoyun özünün titulunu şübhə altına aldı. Yeri gəlmişkən, Lotu Quli qətlə yetiriləndə gözlər həm də Zaxari Kalaşovda idi. Onun bu qanlı aktda rolunun olub-olmaması barədə müzakirələr aparılırdı. Bu cür düşünmək üçün əsaslı şübhələr var idi.
İndi Namiq Bakinskinin bütün problemləri yenidən nəzərdən keçirdiyi deyilir. Bu həm də ona qardaşının qisasını almaq üçün lazımdır. O dəqiq bilmək istəyir ki, zərbə haradan gəlib. Yalnız bundan sonra Lotu Qulinin qisasının almaq barədə qərar verilə bilər. Namiq Bakinski bunu bacaracaqmı? Bunu zaman göstərəcək.
00:59 / 21 May 2026
227
00:33 / 21 May 2026
248
23:47 / 20 May 2026
135
23:36 / 20 May 2026
282
23:16 / 20 May 2026
278
22:52 / 20 May 2026
232
22:49 / 20 May 2026
93
22:39 / 20 May 2026
108
22:28 / 20 May 2026
103
22:25 / 20 May 2026
90
22:19 / 20 May 2026
100
22:14 / 20 May 2026
211
22:10 / 20 May 2026
281
22:08 / 20 May 2026
338
22:05 / 20 May 2026
96
22:03 / 20 May 2026
125
22:02 / 20 May 2026
109
22:00 / 20 May 2026
103
21:57 / 20 May 2026
102
21:53 / 20 May 2026
110
21:52 / 20 May 2026
861
21:42 / 20 May 2026
334
21:39 / 20 May 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.