Cəlilabad rayonunun Suluçeşmə kəndində Gülnişan Əliyevaya məxsus ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.
Oxu24.com xəbər verir ki, yanğın nəticəsində evin ikinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və əşyaları yanıb.
Yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR